“Azərbaycan kino səlnaməsi” ikicildliyi 1828 – 2018 - ci illərdə ölkəmizdə, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. “Azərbaycan kino səlnaməsi” nin I cildində 1898-2018-ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və…
Kəlağayı hazırlanması mürəkkəb, çox zəhmət tələb edən və olduqca spesifik bir prosesdən keçərək istehsal olunur. İpək parçanın hazırlanması, toxunması, qəliblərin hazırlanması, parçaya naxışların vurulması - basma və boyama kimi fərqli fəaliyyət proseslərindən keçir. Kəlayağının istehsalı Sovet dönəmində unudulmuş Ulu Öndər Heydər Əliyev sayəsində yenidən ənənəvi üsulla istehsala başlamışdır. 2014-cü ildə…
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin bu kitabı çoxəsirlik tarixə malik Azərbaycan incəsənətinin inkişafında müstəsna rolu olan keçmiş “Əzimzadə məktəbi”nin (indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət kolleci) yaranmasının 100 illiyinə həsr olunmuşdur. Burada məktəbin yaranmasından bu günə kimi davam edən şərəfli tarix izlənilmişdir. Kitabın mətninin Azərbaycanda rəssamlığın tədrisi tarixi kontekstində yazılması,…
Qədim tarixə və mədəniyyətə sahib olan Gəncə şəhərinin özünəməxsus memarlıq abidələri vardır. Bu kitabda Azərbaycanın Nizami Gəncəvi və Cavad xan kimi adını tarixin səhifələrinə şərəflə yazmış dahilərin yurdu olan məşhur Gəncə şəhərinin abidələrindən söz açılmışdır. X yüzillikdə “Aranın anası” kimi məşhurlaşan Gəncə təəssüf ki, 1139-cu ildə baş verən zəlzələ və…
Çalğı alətləri mədəniyyətlərin inkişaf səviyyəsini göstərən vacib atributlardan biridir. Əvvəlcə onlar insanların əmək fəaliyyəti ilə əlaqədar siqnal alətləri kimi meydana gəlib. İnsan düşüncələri və mədəni səviyyələri artdıqca çalğı alətləri xalqın düşüncə və estetik zövqünün inkişafına xidmət etmişdir. Kitabda qədim dövrlərdən Azərbaycan ərazisində yayılan və indi geniş istifadə edilən çalğı alətləri:…