İncəsənət fondu

Kolleksiya

Nakhchivan carpet weavers

Nakhchivan carpet weavers [Vidadi Muradov]

Kitab "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı böyük layihənin davamıdır. Kitabda bütövlükdə Naxçıvanın tarixi inkişafı və mədəni nailiyyətləri nəzərdən keçirilmiş, Naxçıvan xalçalarının ümumi xarakteristikası, Naxçıvan xalçaçıları haqqında məlumat və fotoșəkillər, dünyanın bir sıra șəxsi kolleksiyalarında saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur. Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək bu nəfis tərtibatlı…

Gəncənin XII-XIX əsr memarlıq salnaməsindən səhifələr

Gəncənin XII-XIX əsr memarlıq salnaməsindən səhifələr [Rayihə Əmənzadə]

Ölkəmizin ikinci böyük şəhəri olan Cümhuriyyətimizin ilk paytaxtı kimi adı tarixə düşən Gəncənin zəngin memarlıq ənənələri var. Memarlıq doktoru, professor Rayihə Əmənzadənin “Gəncənin XII-XIX əsr memarlıq salnaməsindən səhifələr” tədqiqatı da məhz bu tarixə işıq salır. Kitab memarlıq nümunələrinin: məqbərələrin, evlərin, binaların, məscidlərin, hamamların rəngarəng fotoşəkilləri ilə təsvir edilmişdir. Kitab bir…

Şəki Xan Sarayı

Şəki Xan Sarayı

Bu kitab-kataloqda XVIII əsrin 2-ci yarısının yadıgarı olan Şəki Xan Sarayı haqqında geniş məlumat verilmişdir. Kitab-kataloqda siz Şəki Xan Sarayının memarlıq özəlliklərilə yanaşı ətrafında yerləşən məscidlər, karvansaraylar və digər tikililər haqqında da məlumat əldə edəcəksiniz. Burada həmçinin Şəkinin qədim dövrlərdən XVIII əsrə qədərki tarixi və Şəki xanlarının xüsusilə də, Şəki…

Rasim Ocaqov

Rasim Ocaqov

Bu nəfis kitabda Rasim Ocaqovun həyat və yaradıcılığından onun kinomataqrafiyaya gəlişindən bəhs edilir. Fotolarla zəngin olan bu kitabda Rasim Ocaqovun həyat və yaradıcılığı sujet xətti əsasında qurularaq oxuculara sanki bədii film təəssüratını bağışlayır.

Ornament Tarixi

Ornament Tarixi [Kubra Əliyeva]

Bu dərs vəsaiti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin magistr pilləsində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Bu dərs vəsaitində ilkin olaraq ornamentin kökləri ibtidai icma quruluşundan başlayaraq Misir, Bizans, Roman, İntibah dövrü incəsənətinin ornamentlərinə (Barokko, Rokoko, Kalssisizm, Ampir) qədər bəhs edilir. Eyni zamanda Sibir, Çin, Hindistan, İran, Azərbaycan incəsənətində əsrlər…