Şəki Xan Sarayı

İncəsənət fondu

Şəki Xan Sarayı

Şəki Xan Sarayı
Bu kitab-kataloqda XVIII əsrin 2-ci yarısının yadıgarı olan Şəki Xan Sarayı haqqında geniş məlumat verilmişdir. Kitab-kataloqda siz Şəki Xan Sarayının memarlıq özəlliklərilə yanaşı ətrafında yerləşən məscidlər, karvansaraylar və digər tikililər haqqında da məlumat əldə edəcəksiniz. Burada həmçinin Şəkinin qədim dövrlərdən XVIII əsrə qədərki tarixi və Şəki xanlarının xüsusilə də, Şəki Xan Sarayını tikdirmiş Hüseyn Müştaq xan və onun şəcərəsi haqqında maraqlı və geniş məlumatlar əldə edəcəksiniz. Fotolarla zəngin olan bu kitabda siz Xan Sarayının divarlarına və tavanlarına çəkilmiş rəsm və naxışların böyüdülmüş fotolarına baxaraq bu sarayın rəssam və memarlarının əsrarəngiz yaradıcılıq qabiliyyətlərinə heyran qalacaqsınız.