Gəncənin XII-XIX əsr memarlıq salnaməsindən səhifələr [Rayihə Əmənzadə]
Ölkəmizin ikinci böyük şəhəri olan Cümhuriyyətimizin ilk paytaxtı kimi adı tarixə düşən Gəncənin zəngin memarlıq ənənələri var. Memarlıq doktoru, professor Rayihə Əmənzadənin “Gəncənin XII-XIX əsr memarlıq salnaməsindən səhifələr” tədqiqatı da məhz bu tarixə işıq salır. Kitab memarlıq nümunələrinin: məqbərələrin, evlərin, binaların, məscidlərin, hamamların rəngarəng fotoşəkilləri ilə təsvir edilmişdir.
Kitab bir çox tarixi hadisələrin şahidi olan, torpağında həmin dövrlərin izlərini yaşadan ulu Gəncəyə sevgi ilə qələmə alınıb.