Kitab "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı böyük layihənin davamıdır. Kitabda bütövlükdə Naxçıvanın tarixi inkişafı və mədəni nailiyyətləri nəzərdən keçirilmiş, Naxçıvan xalçalarının ümumi xarakteristikası, Naxçıvan xalçaçıları haqqında məlumat və fotoșəkillər, dünyanın bir sıra șəxsi kolleksiyalarında saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur.
Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək bu nəfis tərtibatlı kitabı ekspedisiya materialları, Muxtar Respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar daha da zənginləşdirir. Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti, habelə qədim abidələrdən, Gəmiqaya qayaüstü təsvirlərindən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən, inanclardan qaynaqlanan naxış-ornament, kompozisiya üslubu, təcrübəsi işıqlandırılıb. Şəxsi kolleksiyaları bəzəyən Naxçıvan şəhərindən 5, Babəkdən 5, Culfadan 5, Kəngərlidən 3, Ordubaddan 6, Sədərəkdən 4, Şahbuzdan 6, Şərurdan 10 xalça nümunəsi də oxuculara təqdim edilir.
Kitab Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də işıq üzü görüb. Bu nəșr xalçaçılıq sahəsində çalışan mütəxəssislər, tələbələr, xalça həvəskarları, həmçinin geniș oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.