Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycan paytaxtının çoxsaylı qonaqlarının və turistlərin valeh olduqları, minillik tarixə malik şəhər. Bu nəşrdə, müəllif tərəfindən Bakı şəhərinin mərkəzi tarixi hissəsinin 150-dən çox binası tədqiq edilmişdir. Nəşrə daxil edilən binaların bir çoxu, ilk dəfədir ki, oxucuya təqdim olunur və onları diqqətlə nəzərdən keçirdikdə, fasadlardakı…
Qədim tarixə və böyük ənənələrə malik Azərbaycan nəqqaşlıq-xəttatlıq sənəti Gəmiqaya və Qobustan qayaüstü rəsmlərindən başlanır. Qayaüstü rəsmlərdəki piktoqramlar və damğalar xəttatlıq sənətinin daşlaşmış abidələridir. Şərqdə, türk-müsəlman dünyasında, o cümlədən Azərbaycanda xəttin bir çox növləri yaranmış və hüsnxətt qədim sənətlərdən birinə çevrilmişdir. Xəttatlıq sənəti kağız üzərində daha da təkmilləşmişdir. Seyfəddin Məsim…
Kitabda bütün bəşəriyyətin nadir incilərindən olan Azərbaycan xalçaları etnomədəni tarixi kontekstində araşdırılır, xalçaların maddi mədəniyyətin əvəzsiz elementlərindən biri kimi azərbaycanlıların adət-ənənəsində və məişətində rolu, əhəmiyyəti göstərilir. Kitabda xalça sənəti ilə bağlı terminlər, folklor nümunələri və xalq deyimlərinin açıqlaması verilir. Kitaba Azərbaycan etnomədəni ənənələr kontekstində xalçaçılıq sənətinə daxil olan ayrı-ayrı sahələr…
Təqdim olunan elmi əsərdə öz əksini tapmış zəngin faktik materiallar, bunlardan çIxarilan elmi nəticə və ümumiləşdirmələr, Azərbaycanın geyim mədəniyyəti tarixinə dair ümumiləşdirici əsərlərin yazılmasında istifadə olunmuşdur. Əsərdə Azərbaycan milli geyimlərinin praktik cəhətlərinə dair, onun biçmə-tikmə texnologiyasına aid tövsiyyələr, unudulmuş geyim modellərinin bərpası ilə məsğul olan mütəxəssislər üçün faydalı metodiki vəsait…
Hazırki kitabda yaradıcıdığını karikatura sənətinə həsr etmiş rəssamların müxtəlif nəsillərini təmsil edən nümayəndələri haqqında məlumatlar toplanmışdı. Onların bir-birindən maraqlı əsərləri təsviri sənətimizin yeni nümunələrlə zənginləşməsinə xidmət edir.