Azərbaycan xalçası məişətdə [Röya Tağıyeva]
Kitabda bütün bəşəriyyətin nadir incilərindən olan Azərbaycan xalçaları etnomədəni tarixi kontekstində araşdırılır, xalçaların maddi mədəniyyətin əvəzsiz elementlərindən biri kimi azərbaycanlıların adət-ənənəsində və məişətində rolu, əhəmiyyəti göstərilir. Kitabda xalça sənəti ilə bağlı terminlər, folklor nümunələri və xalq deyimlərinin açıqlaması verilir. Kitaba Azərbaycan etnomədəni ənənələr kontekstində xalçaçılıq sənətinə daxil olan ayrı-ayrı sahələr üzrə qruplaşdırılmış geniş izahlı xalça terminləri lüğəti, folklor nümunələri, xalq deyimləri də əlavə olunub. Xalça terminologiyasında xalçaların təyinat xarakteri, toxunma texnikası, toxunduğu yer və xalçaların adları öz əksini tapmışdır. Xalçaların adlarında çox qədim zamanlarda mövcud olmuş ilkin Avrasiya proto-dili və ilkin dinin izləri tədqiq edilib.