Ağacoyma xəttatlığı örnəkləri

İncəsənət fondu

Ağacoyma xəttatlığı örnəkləri [Seyfəddin Mənsimoğlu]

Ağacoyma xəttatlığı örnəkləri
Qədim tarixə və böyük ənənələrə malik Azərbaycan nəqqaşlıq-xəttatlıq sənəti Gəmiqaya və Qobustan qayaüstü rəsmlərindən başlanır. Qayaüstü rəsmlərdəki piktoqramlar və damğalar xəttatlıq sənətinin daşlaşmış abidələridir. Şərqdə, türk-müsəlman dünyasında, o cümlədən Azərbaycanda xəttin bir çox növləri yaranmış və hüsnxətt qədim sənətlərdən birinə çevrilmişdir. Xəttatlıq sənəti kağız üzərində daha da təkmilləşmişdir. Seyfəddin Məsim oğlu Məmmədəliyev yaradıcı xidmət göstərərək ağac üzəridə fiqurlar, alətlər hazırlamaqla “ağacoyma xəttatlıq” sənətini dekorativ tədbiqi sənətin xüsusi bir növünə çevirmişdir. Beləliklə o ağacoyma və xəttətlıq sənətində yenilik edərək “ağacoyma xəttatlığı” növünü yaratmışdır. Kitabda Azərbaycan ağacoyma xəttatlığı sənətini sadə xəttatlıq peşəsindən bədii ağacoyma xəttatlığı səviyyəsinə çatdıran Əməkdar rəssam Seyfəddin Mənsimoğlunun həyat və yaradıcılığını özündə əks etdirən məqalələr və onun əl işlərinin fotoları yer alıb.