Kəlağayı [Rəna İbrahimbəyova]
Kəlağayı hazırlanması mürəkkəb, çox zəhmət tələb edən və olduqca spesifik bir prosesdən keçərək istehsal olunur. İpək parçanın hazırlanması, toxunması, qəliblərin hazırlanması, parçaya naxışların vurulması - basma və boyama kimi fərqli fəaliyyət proseslərindən keçir. Kəlayağının istehsalı Sovet dönəmində unudulmuş Ulu Öndər Heydər Əliyev sayəsində yenidən ənənəvi üsulla istehsala başlamışdır. 2014-cü ildə Paris şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökümətlərarası Komitəsinin 9-cu iclasında Azərbaycan kəlayağısı “Kəlayağı simvolizmi və ənənəvi sənəti” adı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu kitabda siz Kəlağayının tarixi, istehsal olunma prosesi, hazırlanma mərhələləri, kəlayağının növləri, naxışların xüsusiyyərtəri haqqında geniş məlumat toplayacaq, fotoşəkillər vasitəsilə kalayağıların növlərini və qədim naxış nümunələri ilə tanış olacaqsınız.