Gəncə Abidələri

İncəsənət fondu

Gəncə Abidələri [Mərdan Məmmədov]

Gəncə Abidələri
Qədim tarixə və mədəniyyətə sahib olan Gəncə şəhərinin özünəməxsus memarlıq abidələri vardır. Bu kitabda Azərbaycanın Nizami Gəncəvi və Cavad xan kimi adını tarixin səhifələrinə şərəflə yazmış dahilərin yurdu olan məşhur Gəncə şəhərinin abidələrindən söz açılmışdır. X yüzillikdə “Aranın anası” kimi məşhurlaşan Gəncə təəssüf ki, 1139-cu ildə baş verən zəlzələ və monqolların hücumundan sonra dağıntılara məruz qalmışdır. Lakin XIV yüzillikdən sonra yenidən qurularaq bərpa olunmuşdur. Bu kitabda Gəncənin tarixi memarlıq abidələri və heykəlləri haqqında geniş məlumatlar toplanmışdır.