Kino Səlnaməsi [Aydın Kazımzadə]
“Azərbaycan kino səlnaməsi” ikicildliyi 1828 – 2018 - ci illərdə ölkəmizdə, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. “Azərbaycan kino səlnaməsi” nin I cildində 1898-2018-ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və “Mozalan” satirik kinojurnalının bədii sujetləri daxil edilmişdir. Nəşrdə eyni zamanda “Bədii animasiya filmlərinin əlifba göstəriciləri” və “Kinorejissorların adlar göstəricisi” də verilmişdir.