Azərbaycanın Çalğı Alətləri Dünyanı Valeh Edir

İncəsənət fondu

Azərbaycanın Çalğı Alətləri Dünyanı Valeh Edir [Səadət Abdullayeva]

Azərbaycanın Çalğı Alətləri Dünyanı Valeh Edir
Çalğı alətləri mədəniyyətlərin inkişaf səviyyəsini göstərən vacib atributlardan biridir. Əvvəlcə onlar insanların əmək fəaliyyəti ilə əlaqədar siqnal alətləri kimi meydana gəlib. İnsan düşüncələri və mədəni səviyyələri artdıqca çalğı alətləri xalqın düşüncə və estetik zövqünün inkişafına xidmət etmişdir. Kitabda qədim dövrlərdən Azərbaycan ərazisində yayılan və indi geniş istifadə edilən çalğı alətləri: simli - tar, saz, kamança, ud, qanun, nəfəs - balaban, zurna, qarmon, ney, tütək, dərili-nağara, qaval və qoşanağara təsvir edilir. Onların inkişaf tarixi, yayılma hüdüdları, etimologiyası, hazırlanması, quruluşu haqqında bilgilər verilir. Texniki və bədii - ifadə imkanları, xalq və professional musiqinin ifasında səslənmə xüsusiyyətləri göstərilir.