Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin bu kitabı çoxəsirlik tarixə malik Azərbaycan incəsənətinin inkişafında müstəsna rolu olan keçmiş “Əzimzadə məktəbi”nin (indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət kolleci) yaranmasının 100 illiyinə həsr olunmuşdur. Burada məktəbin yaranmasından bu günə kimi davam edən şərəfli tarix izlənilmişdir. Kitabın mətninin Azərbaycanda rəssamlığın tədrisi tarixi kontekstində yazılması, onun məzmununa məktəbin bütün məzunlarının adlarının əlavə olunması və ötən yüzilliyi özündə əks etdirən fotoşəkillərin daxil edilməsi nəşrin elmi-tarixi əhəmiyyətli olmasını göstərmişdir.