Tarixdən səhifələr

Azərbaycanın görkəmli teatr və kino aktyoru İsmayıl Osmanlı

Azərbaycanın görkəmli teatr və kino aktyoru İsmayıl Osmanlı

İsmayıl Osman oğlu Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. Uşaq yaşlarından yetim qaldığı üçün mükəmməl təhsil ala bilməyərək Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın bütün çətinliklərinə baxmayaraq, aktyorluğa olan marağı onu sənətə doğru addımlamağa sövq edib. 1920-ci ildə o, Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. Cavan yaşlarında səhnədə “İsmayıl Osman” və “İsmayıl Osmanoğlu” imzaları ilə də çıxış edib. 1922-ci ildə Gəncəyə köçən İ.Osmanlı bir müddət həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Azərbaycan Dram Teatrına dəvət alıb. Onun bir sənətkar kimi yetişmə tarixi elə bu teatrdan başlayıb.

Azərbaycanın görkəmli bəstəkarı Qəmbər Hüseynli

Azərbaycanın görkəmli bəstəkarı Qəmbər Hüseynli

Azərbaycanın görkəmli bəstəkarı, milli musiqi irsində özünəməxsus yeri olan Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O dövrdə Gəncənin ədəbi-bədii mühiti, digər tərəfdən Gəncəyə yaxın olan Qarabağın musiqi dünyası onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir. 1927 – ci ildə məktəbdə oxuya oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar şöbəsinə daxil olur. 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. 1934-cü ildə tar sinfini fərqlənmə diplomu ilə bitirir və təhsilini davam etdirmək üçün Bakıya gəlir. Bakı Musiqi Texnikumunda A.S.Şvartsın violonçel sinfində təhsil almağa başlayır.

Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəyli

Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəyli

Görkəmli bəstəkar, ilk Azərbaycan operettasının müəllifi, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyli 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Onun atası Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı, Xurşidbanu Natəvanın yanında mirzə işləmiş, anası isə onun yaxın adamlarından biri olmuşdur. Hacıbəylilar ailəsi 3 oğul və 2 qızdan (Səyadın, Abuhəyatın) ibarət idi. Zülfüqarın qardaşları – azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyli və publisist, Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi (1919-1920) nümayəndə heyətində müşavir Ceyhun Hacıbəylidir. Zülfüqar Hacıbəylinin oğulları – Maestro Niyazi və Çingiz Hacıbəyli Azərbaycanın görkəmli dirijorlarıdır.

Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəyli

Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəyli

Əfrasiyab Bədəlbəyli 1907-ci il aprel ayının 19-da, Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımm ailəsində anadan olmuşdur. 1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən «əla» qiymətlərlə məktəbi bitirir. 1917-1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.

Azərbaycanın görkəmli kino və teatr rejissoru Rza Təhmasib

Azərbaycanın görkəmli kino və teatr rejissoru Rza Təhmasib

Azərbaycanın teatr və kino sənətinin bənzərsiz yaradıcılarından biri olan istedadlı rejissor və Xalq artisti Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda anadan olmuşdur. Kiçik yaşından anasını itirən Rza Təhmasibə, dövrünün tanınmış tacirlərindən olan atası Abbasqulu bəy, bibisi və nənəsi təhsil və tərbiyə vermişlər. Rza Təhmasib 1901-ci ildə Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də dərs almış, rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənlərini mükəmməl öyrənmişdir. Beş il sonra bu məktəbi bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olur.

Akademik Ələşrəf Əlizadə

Akademik Ələşrəf Əlizadə

Görkəmli geoloq-alim Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə 1911-ci il aprelin 24-də Şamaxı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1924-cü ildə Ələşrəf Əlizadə Bakıda I dərəcəli məktəbi bitirdikdən sonra 18 saylı pedaqoji təmayüllü məktəbə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1928-1929-cu tədris ilində Azərbaycan SSR Xızı rayonunun Zərgərli kəndinin I dərəcəli məktəbin müdiri vəzifəsində işləmişdir. 1929-30-cu tədris ilində Suraxanı kəndində “Savadsızlığı ləğvetmə” məntəqəsində dərs demişdir. 1930-cu ildə Tbilisi Politexnik İnstitutuna qəbul olunmuş, ancaq ailə vəziyyətilə əlaqədar Bakıya qayıtmış və Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.

Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev

Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev

Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbində oxuduğu illərdə "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub.

Arif Nərimanbəyov – Azərbaycan kinooperatorluq məktəbinin görkəmli nümayəndəsi

Arif Nərimanbəyov – Azərbaycan kinooperatorluq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan kinosunun inkişaf tarixində özünəməxsus yaradıcılıq üslubu və yüksək peşəkarlığı ilə seçilən görkəmli kinooperator, Azərbaycanın Əməkdar incəsənət xadimi Arif Əmirbəy oğlu Nərimanbəyov milli kinooperatorluq sənətinin aparıcı simalarından biridir. 1918-ci il aprelin 13-də Bakı şəhərində anadan olan Arif Nərimanbəyov ziyalı ailəsində böyümüşdür. Atası Əmirbəy Nərimanbəyov Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə Bakı şəhərinin qubernatoru olmuş, lakin 1918-ci ildə xalqımızın bir çox ziyalıları kimi Nargin adasında amansızcasına qətlə yetirilmişdir.