Tarixdən səhifələr

Ümumdünya Kitab və Müəllif Hüquqları Günü

Ümumdünya Kitab və Müəllif Hüquqları Günü

Aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Mənəvi həyatımızın tarixi ən qədim dövrlərdən başlayaraq kitabla sıx bağlı olub və məhz onun ehtiyacları müqabilində kitab yeni-yeni formalara düşərək təkmilləşib, formalaşıb. Daş kitabələr, gil lövhələr, papiruslar, perqamentlər, yeni müasir kitabların ulu əcdadları, antik dünya mədəniyyətinin mənəvi sərvətidir.

Azərbaycanın görkəmli hərbi xadimi, general Əliağa Şıxlınski

Azərbaycanın görkəmli hərbi xadimi, general Əliağa Şıxlınski

Əliağa İsmayıl ağa oğlu Şıxlınski 1865-ci il aprel ayının 23-də Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1876-cı ildə Tiflisdə özəl gimnaziya, 1883-cü ildə Tiflis hərbi gimnaziyasını, 1886-cı ildə Peterburqda artilleriya məktəbini bitirmişdir. Aleksandropoldakı (Gümrü) 39-cu topçu briqadasına təyinat alaraq, 1900-cü ilədək bu briqadada xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir. 1900-cü ildə Zabaykalye əlahiddə artilleriya diviziyasına göndəriş alan Şıxlinski 1902-ci ilin mayında müvəqqəti olaraq, Peterburqa 6 aylıq kursa göndərilmiş Səməd bəy Mehmandarovun yerinə 2-ci batareya komandiri vəzifəsinin icraçısı təyin edilmişdi.

Görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlal Paşayev

Mir Cəlal Mir Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Əndəbil kəndində anadan olmuşdur. Lakin taleyi onu uşaqlıq çağlarından qədim Gəncə şəhərinə gətirib çıxarmışdır. 1918-ci ildə atası vəfat edəndən sonra böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə Gəncə Xeyriyyə cəmiyyətinin ibtidai məktəbində təhsil almışdır. 1924-1927-ci illərdə M.F.Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda təhsil almışdır. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. Tələbəlik illərində ictimai işlərdə fəal çalışmış, texnikumun tələbə-gənclər təşkilatının, sonra isə Gəncə şəhər Tələbə-Gənclər Həmkarlar Təşkilatının sədri seçilmişdir.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva

Əliyeva Zərifə Əziz qızı 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1947-1949-cu illərdə Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü

Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü

Qloballaşan dünyada özünə layiqli yer tutmaq istəyən ölkələr digər ölkələrlə iqqtisadi, siyasi mədəni əlaqələrin yüksək səviyyədə saxlanılmasına önəm verməlidir. Bu mənada dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan yaxın-uzaq ölkələrlə dostluq və qarşılıqlı faydalı əlaqələrin qurulmasına çalışır. Bu yöndə əməli tədbirlər həyata keçirilir. İstər yüksək siyasi səviyyədə, istərəsə də xalq diplomatiyası səviyyəsində tədbirlər görülür, müxtəlif ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurulur.

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü

Aprelin 4-dü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir. Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır.

Ümumdünya Aviasiya və Kosmonavtika Günü

Ümumdünya Aviasiya və Kosmonavtika Günü

Ümumbəşəri düşüncələrin bir-birinə qovuşduğu, texnoloji dirçəliş məkanında Azərbaycan tarixən kainat və kosmik fəzanı öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub. Şərq elmi məktəbinin böyük nümayəndəsi Nəsirəddin Tusi Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özü-öz layihəsi ilə inşa etdirdiyi rəsədxanada işləmişdir. Tusinin tikdirdiyi rəsədxana quruluşuna, həcminə və orada görülən elmi araşdırmalara görə şərqin bütün məşhur rəsədxanalarını geridə qoymuşdur. Ora bir növ, bütün dünya üçün astronomiya, coğrafiya və riyaziyyat elmləri üzrə kadrlar yetişdirilməsinin akademiyası sayılıb. Marağa rəsədxanasının astronomiyaya aid ən qiymətli işi “Elxan cədvəlləri” əsəridir.

Beynəlxalq Mədəniyyət Günü

Beynəlxalq Mədəniyyət Günü

15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur. Tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İCOMOS (International Council on Monuments and Sites) - UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatdır. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur.

Yazıçı, publisist, Türkiyənin dövlət və siyasi xadimi Səməd Ağaoğlu

Yazıçı, publisist, Türkiyənin dövlət və siyasi xadimi Səməd Ağaoğlu

Səməd Əhməd bəy oğlu Ağaoğlu 1909-cu iI aprelin 23-də Bakıda anadan olub, bir neçə aylıq körpə ikən ailəsi Türkiyəyə köçüb. O, ilk təhsilini İstanbulda, Fevziyyə məktəbində almışdı. Sonra ailənin ölkənin yeni paytaxtı elan olunmuş paytaxt Ankaraya köçməsi nəticəsində Ankara liseyində oxumuşdu. Özünü ədəbiyyata, bədii yaradıcılığa həsr etmək qərarına gəlsə də, atasının təkidi ilə Ankara Universitetinin Hüquq Fakültəsinin tələbəsi olmuş (1926-1931) və ali təhsilini uğurla başa çatdırmışdı. Magistr dərəcəsi almaq üçün Strasburq Universitetinə daxil olsa da, təhsilini tamamlaya bilməmişdi. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdi.