Tarixdən səhifələr

Görkəmli filosof Heydər Hüseynov

Görkəmli filosof Heydər Hüseynov

Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun ailəsində anadan olmuşdur. Böyük qardaşı 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirildikdən sonra ailələri Batuma, Stavropola, ən sonda isə Bakıya köçür. O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, daha sonra Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Gələcəyin dahi filosof alimi hələ gənc yaşlarında ikən poeziyaya maraq göstərmiş, dövri mətbuatda Heydər Hüseynzadə imzası ilə şeirlər çap etdirmişdir.

Məşhur milyonçu, neft maqnatı Şəmsi Əsədullayev

Məşhur milyonçu, neft maqnatı Şəmsi Əsədullayev

Şəmsi Əsədullayev kasıb ailədə dünyaya göz açmışdır. Gəncliyində arabaçəkən olmuş, kənd təsərrüfatı məhsullarını daşımışdır. 1874-cü ildə azacıq kapitalla primitiv üsullarla işləyən neftçıxarma kontoru açır. Artıq 1893-cü ildə bu kiçik kontor "Şəmsi Əsədullayev" adına yeni texnoloji üsullarla işləyən neftçıxarma firmasına çevrilir. 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınamsı sahəsində Bakı neft kapitalistləri arasında ilk dəfə olaraq buxar oxunu (iki və üç-dörd dorlu yelkənli gəmi) sifariş verir. Onun 1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi.

“Molla Nəsrəddin” jurnalının birinci sayının capı

“Molla Nəsrəddin” jurnalının birinci sayının capı

“Molla Nəsrəddin” həftəlik, illüstrasiyalı ilk satirik jurnal XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldi. «Molla Nəsrəddin» Azərbaycanda demokratik mətbuatın inkişafına böyük təsir göstərmışdir və çox qısa müddətdə təkcə Azərbaycanda deyil, həm də bütün Yaxın və Orta Şərq ölkələrində ən oxunan nəşrə çevrildi. 1906-cı il fevralın 21-də Cəlil Məmmədquluzadə Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək Azərbaycan dilində "Molla Nəsrəddin" adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir.

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)

Rusiyada Fevral inqilabı nəticəsində çarizmin devrilməsi Cənubi Azərbaycana da böyük ümidlər gətirdi. İran irticasının dayağı olan çarizmin süqutu geniş xalq kütləsi və demokratik qüvvələr tərəfindən Tehran hakimiyyətinin yerlərdə o cümlədən Cənubi Azərbaycanda zəifləməsi kimi qəbul edildi. Əhalinin çıxışlarına İran Demokrat Partiyasının (İDP) Azərbaycan Əyalət Komitəsi istiqamət verirdi. Komitəyə İran məşrutə inqilabının (1905-11) səngərlərində mətinləşmiş Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi. Sərabda, Ərdəbildə. Zəncanda, Urmiyada İDP-nin yerli komitələri yaradılmışdı. İDP Azərbaycan Əyalət Komitəsinin mətbu orqanı - “Təcəddüd” qəzeti nəşr olunmağa başladı.

"Şərqi-rus" - XX əsrdə Tiflisdə çap olunan ilk Azərbaycan dilli qəzet

"Şərqi-rus" - XX əsrdə Tiflisdə çap olunan ilk Azərbaycan dilli qəzet

1891-ci ildə Tiflis qubernatorunun sərəncamı ilə azərbaycanlı oxucuların yeganə anadilli mətbu orqanı “Kəşkül” qəzetinin nəşri dayandırılandan sonra dövrün ziyalıları Azərbaycan dilində yeni bir qəzet çıxarmaq üçün çalışırlar. Ancaq heç bir nəticə hasil olmur. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi. Bu təşəbbüsdə olanlardan biri də Məmmədağa Şahtaxtlı idi. 1902-ci ildə Məmmədağa Şahtaxtlı xaricdən Rusiyaya qayıtdıqdan sonra qəzet çıxarmaq istəyində olmuş, bu istiqamətdə Çar Rusiyasının inzibati idarələri ilə yazışmalar aparmışdı.

Car-Balakən camaatlığının Rusiya tərəfindən işğalı

Car-Balakən camaatlığının Rusiya tərəfindən işğalı

Car-Balakən camaatlığı həm idarəetmə, həm etnik rəngarənglik, həm də apardığı müharibələrdəki uğurlar baxımından Azərbaycan ərazisində mövcud olan digər feodal xanlıqlardan fərqlənir. Bu camaatlığın qurulması prosesi 14-cü əsrdən başlayır. Buna qədər regionda camaatlığı formalaşdıran ayrı-ayrı icmalar yaranmağa başladı. 16-cı əsrdə bu icmalar azad cəmiyyətlərə – camaatlıqlara birləşməyə başladılar. XVI əsrin ortalarında formalaşan Car-Balakən camaatı XVII əsrin əvvəllərində tam olaraq müstəqil oldu. Car-Balakən üçün Rusiya XVIII əsrin sonunda real təhlükə olmağa başladı.

Görkəmli dövlət xadimi Nəriman Nərimanov

Görkəmli dövlət xadimi Nəriman Nərimanov

Nərimanov Nəriman Nəcəf oğlu 1870-ci il aprelin 14-də Tiflisin məşhur Şeytanbazar məhəlləsində anadan olmuşdur. Atası Kərbəlayi Nəcəf dindar idi, xırda ticarətlə məşğul olurdu. Nəriman ailədə 9 uşağın sonbeşiyi idi. Tiflisdəki altısinifli ruhani məktəbində təhsil almışdır. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra, Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur. 1891-ci ildə Bakıya gələrək müəllimlik fəaliyyətinə başlamışdır. 1894-cü ildə Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil etmişdir. Mütəmadi olaraq publisistik məqalələrlə çıxış etmiş, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır.

Qafqaz müsəlmanlarının Bakı qurultayı

Qafqaz müsəlmanlarının Bakı qurultayı

Fevral inqilabından sonra Azərbaycanda bütün siyasi partiyalar leqal fəaliyyətə keçdilər, yeni siyasi partiyalar («Türk ədəmi mərkəziyyət», «İrşad») yarandı. Lakin inqilabın ilk günlərində bu partiyaların heç biri təkbaşına milli hərəkata rəhbərlik etmək iqtidarında deyildi. Odur ki, bütün milli - siyasi qüvvələri bir mərkəzdən idarə etmək məqsədi ilə 1917-ci il martın 29-da Bakıda və digər qəza şəhərlərində şöbələri olan müsəlman ictimai təşkilatlarının müvəqqəti şurası - Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı.

Azərbaycan SSR  Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi

Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.

Neft milyonçusu və məşhur xeyriyyəçi Murtuza Muxtarov

Neft milyonçusu və məşhur xeyriyyəçi Murtuza Muxtarov

Neft sənayesinin görkəmli nümayəndəsi, iri neft sahibkarı, xeyriyyəçi Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. O, uzun müddət malakeşlik etmiş, araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdu. 1870-ci ildən Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərdən birində fəhləlik etmişdir. Martov adlı bir sahibkar M.Muxtarovdakı iradəni görüb ona mехаniki аlət və neftqazma dəzgahların sirrini öyrədir. Qısa bir zamanda onu usta təyin edir. Qocalan sahibkar öz şəxsi emalatxanasını ona satır. 1890-cı ildə Murtuza Muxtarov öz emalatxanasını genişləndirir və bir çox ölkələrlə əməkdaşlıq etməyə başlayır.