





































Virtual sərgidə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş kitablar təqdim olunur. Sərgidə 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi xalq etirazlarını və milli azadlıq hərəkatını əks etdirən kitablar toplanmışdır. Həmin mitinqlər Azərbaycan xalqının milli şüurunun oyanmasında, azadlıq ideyalarının güclənməsində və müstəqilliyə aparan yolun formalaşmasında mühüm tarixi mərhələ olmuşdur. Eyni zamanda, 1992-ci ildə 17 noyabr tarixinin rəsmi olaraq Milli Dirçəliş Günü elan olunmasına dair məlumatlar və həmin dövrün hadisələrinin milli dövlətçiliyin bərpasına təsiri xüsusi vurğulanır. Bu virtual sərgi Azərbaycan xalqının azadlıq, birlik və müstəqillik yolunda göstərdiyi iradənin, tarixi yaddaşının və milli dirçəliş ruhunun geniş auditoriyaya çatdırılması məqsədini daşıyır.