İki cilddən ibarət olan əsərin ikinci cildində ən mötəbər mənbə və ədəbiyyatlardan istifadə edilməklə 2003-2021-ci illər Azərbaycan Respublikası siyasi tarixinin aşağıdakı problemləri araşdırılmışdır: 2003-cü il 15 oktyabr prezident seçkiləri, ölkədə ictimai-siyasi şərait; 2005-ci il parlament seçkiləri; Bakı-Tbilisi-Qars dəmiryolunun təməlinin qoyulması; Heydər Əliyev Fondunun yaradılması və fəaliyyəti; Birinci Avropa oyunları; Azərbaycan - Ermənistan - Rusiya üçtərəfli bəyanatı; Torpaqlarımızın azad olunması; Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunması, NATO qərargahında keçirdiyi görüş və s. mövzular verilmişdir.
Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının tarixi: 1991-2021: 2 cilddə / M. C. Qasımlı; elmi red. İ. X. Zeynalov; Bakı Dövlət Universiteti. II cild: 2003-2021.- Bakı: BDU nəşriyyatı, 2021.- 520 s.