Kitab haqqında

Azərbaycanın dövlət idarəçiliyi: tarix və müasirliyin vəhdəti

Azərbaycanın dövlət idarəçiliyi: tarix və müasirliyin vəhdəti

Azərbaycanın dövlət idarəçiliyi: tarix və müasirliyin vəhdəti
Sərlövhə:
Azərbaycanın dövlət idarəçiliyi: tarix və müasirliyin vəhdəti
Müəllif:
Hüseynov Rəşid
Nəşr ili:
2018
Annotasiya:
Kitabda ilk dəfə olaraq bütöv Azərbaycan (Şimali və Cənubi Azərbaycan) ərazisində olan dövlətlərin tipləri (quldar, feodal, burjua və sosialist), onların səciyyəvi xüsusiyyətləri, dövlətlərin təhlükəsiz yaşam prinsipləri, dövlətlərin müstəmləkə və təsir altında saxlanma formaları və vasitələri analiz edilmişdir. Monoqrafiyada Azərbaycanda dövlət idarəçiliyinin mərhələləri tədqiq edilmişdir. O cümlədən, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində zaman etibarı ilə idarəetmə forması kimi parlamenti respublika seçilməsinin məqbulluğu əsaslandırılmağa çalışmışdır. Azərbaycanın Rusiya işğalı və sovet dönəmində idarəetmə formaları araşdırılmış, sosialist və kapitalist sistemlər kontekstində idarəetmənin milli mənlik, dövlətçilik şüurunun formalaşmasına təsiri verilimişdir. Bunlarla yanaşı, müstəqillik dövrünün idarəetməsi, Ulu Öndər Heydər Əliyev tərəfindən yeni Konstitusiya qəbul edilərkən prezidentli respublika idarəetmə formasının seçilməsi məqbulluğunun fəlsəfi-hüquqi əsasları təhlil edilmiş, həmin idarəetmə formasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilməsi vurğulanmışdır. Həmin kontekstdə Vitse-prezidentlik institutunun dünya təcrübəsi və Azərbaycanda Vitse-prezidentlik institutunun özəllikləri, insan kapitalının milli sərvətə çevrilməsinin əsasları analiz edilmişdir.

Biblioqrafik təsvir

Hüseynov, Rəşid İnqilab oğlu. Azərbaycanın dövlət idarəçiliyi: tarix və müasirliyin vəhdəti: [monoqrafiya] / R. İ. Hüseynov; elmi red. F. M. Qurbanov.- Bakı: Afpoliqraf, 2018.- 480 s.