











































1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Bu tarixi gün münasibətilə "12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü" adlı virtual sərgi hazırlanıb.