Nadir kitablar fondu

Kolleksiya

Gesammelte Schriften und Dichtungen

Gesammelte Schriften und Dichtungen [Richard Wagner]

Rixard Vaqnerin alman dilində “Əsərlər və şeirlər toplusu” böyük alman bəstəkarının ədəbi-nəzəri irsini özündə əks etdirən oncildlik monumental nəşrdir. Bu nəşrə onun musiqi və incəsənət haqqında fəlsəfi düşüncələri, traktatlar, avtobioqrafik qeydləri və məşhur operalarına yazılmış librettolar daxildir. 1897-ci ildə Leypsiqdə nəşr olunan bu kolleksiya Vaqnerin yaradıcı dünyagörüşünün dərinliyini və XIX…

Масонство в его прошлом и настоящем

Масонство в его прошлом и настоящем

“Masonluq keçmişdə və bu gün” ikicildliyi – XX əsrin əvvəllərində masonluğun vəziyyətinə, onun tarixinə, mason rituallarına və atributlarına, eləcə də fəlsəfi və ideoloji məzmununa həsr olunmuş zəngin illüstrasiyalı məqalə və materiallar toplusudur. Toplularda Qərbi Avropa və Rus masonluğunun yaranma və inkişaf tarixi təqdim edilir, görkəmli nümayəndələrinin ədəbi portretləri verilir, həmçinin…

Werke

Werke [Friedrich Schiller]

Fridrix Şillerin alman dilindəki əsərlərindən ibarət bu 14 cildlik nəşr onun şeirlərinin tənqidi şəkildə yenidən işlənmiş toplusudur. Nəşr Şillerin yaradıcılığına xas olan poetik forma və mövzuların müxtəlifliyini, lirik poeziyadan tutmuş fəlsəfi mülahizələrə qədər əhatə edir, həmçinin onun alman və dünya ədəbiyyatının inkişafına təsirini əks etdirir. “Meyers Klassiker-Ausgaben” (“Meyer nəşriyyatının klassiklərin…

Werke

Werke [Johann Wolfgang von Goethe]

İohann Volfqanq Hötenin “Əsərlər”i alman dilində nadir on üç cildlik nəşrdir, böyük alman şairi, dramaturqu və mütəfəkkirinin əsərlərinin diqqətlə yoxlanılmış və şərh edilmiş toplusudur. “Meyers Klassiker-Ausgaben” (“Meyer nəşriyyatının klassiklərin əsərləri”) seriyası çərçivəsində buraxılmış bu topluda, Hötenin fəlsəfi dərinliyi, romantik ruhu və incə psixologizmi ilə seçilən ən yaxşı şeirləri toplanmışdır. Seriya…

На память о дне пятидесятилетия  Эммануила Людвиговича Нобель: 10 июня 1909 года

На память о дне пятидесятилетия Эммануила Людвиговича Нобель: 10 июня 1909 года

Emmanuel Nobelin yubiley albomu — nadir nəşr olub, Rus imperiyasında neft sənayesinin inkişafında mühüm rol oynayan görkəmli neft sənayeçisinə həsr olunub. Albom, “Bratya Nobel” (Nobel Qardaşları Neft istehsal cəmiyyəti) cəmiyyətinin nailiyyətlərini, o cümlədən Azərbaycanda neft sahəsinin inkişafını və burada Nobellərin neft sənayesinin formalaşmasında oynadığı mühüm rolu göstərir. Zəngin illüstrasiyalı səhifələrdə…