На память о дне пятидесятилетия Эммануила Людвиговича Нобель: 10 июня 1909 года

Nadir kitablar fondu

На память о дне пятидесятилетия Эммануила Людвиговича Нобель: 10 июня 1909 года

На память о дне пятидесятилетия  Эммануила Людвиговича Нобель: 10 июня 1909 года
Emmanuel Nobelin yubiley albomu — nadir nəşr olub, Rus imperiyasında neft sənayesinin inkişafında mühüm rol oynayan görkəmli neft sənayeçisinə həsr olunub. Albom, “Bratya Nobel” (Nobel Qardaşları Neft istehsal cəmiyyəti) cəmiyyətinin nailiyyətlərini, o cümlədən Azərbaycanda neft sahəsinin inkişafını və burada Nobellərin neft sənayesinin formalaşmasında oynadığı mühüm rolu göstərir. Zəngin illüstrasiyalı səhifələrdə Nobel qardaşları tərəfindən yaradılmış neft müəssisələri, zavodlar, işçi qəsəbələri və xeyriyyə cəmiyyətləri əks olunur. Albomda Bakıda neft mədənlərinin fotoları, həmçinin neft emalı prosesini, Xəzərdə və Volqada çay gəmiçiliyinin inkişafını nümayiş etdirən unikal kadrlar yer alıb. Bu albom həm Azərbaycanın, həm də Rusiya imperiyasının iqtisadiyyatında və mədəniyyətində mühüm iz qoymuş Bakı neft sənayesinin inkişafını nümayiş etdirən nəşrdir.