Xəbərlər

Prezident Kitabxanasında Qasım bəy Zakirin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Qasım bəy Zakirin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Qasım bəy Zakirin irsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, poeziyada tənqidi realizmin əsasını qoyanlardan biri və satiranın qüdrətli ustadı Qasım bəy Zakirin zəngin bədii irsinə həsr olunmuş “Qasım bəy Zakir” adlı virtual sərgi hazırlanıb.

Milli ədəbiyyat tarixində müstəsna mövqeyə malik olan, Qarabağın tanınmış Cavanşirlər nəslinə mənsub Qasım bəy Zakir dövrün ictimai ədalətsizliklərini, cəhaləti və haqsızlığı özünün iti satirasında məharətlə əks etdirmişdir. O, Molla Pənah Vaqif ənənələrini uğurla davam etdirməklə yanaşı, Azərbaycan ədəbiyyatında tənqidi realizmin inkişafında mühüm rol oynamışdır. Şair lirik qoşmaları, mənzum hekayələri və təmsilləri ilə bədii təfəkkürün inkişafına böyük töhfə vermiş, eyni zamanda, Mirzə Fətəli Axundzadə başda olmaqla dövrünün qabaqcıl ziyalıları ilə sıx yaradıcılıq əlaqələri quraraq mütərəqqi ideyaların yayılmasında yaxından iştirak etmişdir.

Virtual sərgidə görkəmli söz ustadının həyat yolu, mürəkkəb taleyi, Şuşadakı Qarabağ ədəbi mühitindəki fəaliyyəti və bədii yaradıcılığı ilə bağlı kitablar, elmi-tədqiqat işləri, dövri mətbuat materialları və zəngin biblioqrafik mənbələr istifadəçilərə təqdim olunur. Sərgi tədqiqatçılar, müəllim və tələbələrlə yanaşı, klassik ədəbiyyatımızla maraqlanan geniş oxucu auditoriyası üçün qiymətli mənbə olmaqla, şairin zəngin irsinin dərindən öyrənilməsinə və təbliğinə xidmət edir.

“Qasım bəy Zakir” adlı virtual sərgi sənətkarın ictimai-bədii fəaliyyətinin və Azərbaycan poeziyasının inkişafına bəxş etdiyi yeniliklərin oxuculara sistemli formatda çatdırılmasına imkan yaradır. Sərgidə cəmləşdirilən sənəd və materiallar ədibin ədəbi düşüncə tariximizdəki misilsiz mövqeyini, sənətkarlıq qüdrətini və irsinin müasir dövr üçün əhəmiyyətini obyektiv şəkildə dəyərləndirməyə şərait yaradır.

Virtual sərgi
Qasım bəy Zakir

Qasım bəy Zakir

Qasım bəy Zakir Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli lirik şair və satirik söz ustasıdır. XIX əsr Azərbaycan ədəbi mühitinin ən parlaq simalarından biri olan sənətkar zəngin yaradıcılığı ilə milli…