Qasım bəy Zakir

Virtual sərgi

Qasım bəy Zakir

Qasım bəy Zakir Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli lirik şair və satirik söz ustasıdır. XIX əsr Azərbaycan ədəbi mühitinin ən parlaq simalarından biri olan sənətkar zəngin yaradıcılığı ilə milli ədəbi fikrin inkişafına mühüm töhfələr vermiş, realizm və satira ənənələrinin formalaşmasında xüsusi xidmət göstərmişdir. Qasım bəy Zakirin yaradıcılığı Azərbaycan realist ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir. Onun satiraları, mənzum hekayələri və təmsilləri təkcə bədii dəyərinə görə deyil, həm də dövrün ictimai həyatını əks etdirməsi baxımından qiymətli tarixi mənbələr hesab olunur. Şairin zəngin ədəbi irsi sonrakı nəsil sənətkarların yaradıcılığına güclü təsir göstərmiş, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Virtual sərgidə Qasım bəy Zakirin əsərləri, həyatı və yaradıcılığına həsr olunmuş kitablar, elmi tədqiqatlar, dövri mətbuat materialları və digər qiymətli mənbələr təqdim olunur.