XIX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm yaranmasında və inkişafında Qasım bəy Zakirin özünəməxsus yeri var. A. Bakıxanov, İ. Qurtqaşınlı və M.F. Axundzadənin müasiri olan Q. Zakir maarifçi-realist şair kimi tanınmış, M. Füzuli və M.P. Vaqifin şeir ənənələrini davam etdirmişdir. Q. Zakirin bədii irsinin zənginliyi, onun qoşma, təcnis, gəraylı, müxəmməs, müsəddəs, müstəzad, təcribənd, tərkibbəndlərindən, satirik şeirlərindən
Biblioqrafik təsvir
Məmmədova, Dilarə. Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti / D. Məmmədova; elmi red. İ. Ə. Həbibbəyli; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: Avropa nəşriyyatı, 2014.- 176 s.