Xəbərlər

Prezident Kitabxanasında Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş virtual sərgi istifadəyə verilib

Prezident Kitabxanasında Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş virtual sərgi istifadəyə verilib

Prezident Kitabxanasında Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş virtual sərgi istifadəyə verilib

Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Şərqdə ilk operanın müəllifi, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur. 18 sentyabr — dahi bəstəkarın doğum günü ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.

Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 3 fevral 2025-ci il tarixində “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sənəd həm milli musiqi irsimizin qorunmasına, həm də dahi bəstəkarın zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verildiyini göstərir.

Bu münasibətlə Prezident Kitabxanası Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş “Üzeyir Hacıbəyli” adlı virtual kitab sərgisini ictimaiyyətin istifadəsinə təqdim edib.

Sərgidə nümayiş olunan nəşrlər Üzeyir Hacıbəylinin yaradıcılığını müxtəlif aspektlərdən işıqlandırır. Burada onun məşhur operaları, musiqili komediyaları, xor və vokal əsərləri, publisistik yazıları, eləcə də Azərbaycan xalq musiqisi və folklor irsinə dair araşdırmaları yer alır. Bu nəşrlər, həmçinin bəstəkarın musiqi nəzəriyyəsi və estetik prinsiplər üzrə araşdırmalarını, pedaqoji baxışlarını və jurnalist fəaliyyətini də əhatə edir.

Virtual sərgidə toplanmış kitablar Üzeyir Hacıbəylinin irsini sənətkar, alim və publisist kimi daha dərindən dərk etməyə imkan yaradır. Oxucular bu materiallar vasitəsilə onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu, xalq musiqisinin elmi əsaslarla öyrənilməsi sahəsində apardığı tədqiqatları və bəstəkarlıq məktəbinin formalaşmasındakı xidmətlərini izləyə bilərlər.

Prezident Kitabxanasının təşəbbüsü ilə ərsəyə gətirilən virtual sərgi həm akademik mühit, həm də musiqi mədəniyyətinə maraq göstərən geniş ictimaiyyət üçün dəyərli və əlçatan mənbədir. Sərgi Üzeyir Hacıbəylinin zəngin irsini araşdırmaq istəyən hər kəs üçün faydalı resurs rolunu oynayır.

Virtual sərgi
Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin…