

![Unudulmaz incilər [Not]](/yeni/images/books/books_a4rslk.jpg)

















![Azərbaycan xalq musiqisinin əsasları [Not]](/yeni/images/books/books_Fzf9L5.jpg)


![Nizami musiqidə, sənətdə [Not]](/yeni/images/books/books_x9CehR.jpg)



![Leyli və Məcnun [Not]: 5 pərdəli, 6 şəkilli opera](/yeni/images/books/books_k13CUF.jpg)

![Azərbaycan xalq musiqisinin əsasları [Not]](/yeni/images/books/books_L8PtNx.jpg)
![Əsli və Kərəm [Not]](/yeni/images/books/books_IuCcym.jpg)
![Koroğlu [Not]](/yeni/images/books/books_jIrkA3.jpg)

![Arşın mal alan [Not]: klavir və libretto](/yeni/images/books/books_8NOsK7.jpg)
![Koroğlu [Not]: klavir və libretto](/yeni/images/books/books_DpjtyU.jpg)
![O olmasın, bu olsun [Not]: klavir və libretto](/yeni/images/books/books_VTuUZF.jpg)
![O olmasın, bu olsun - "Məşədi İbad" [Not]](/yeni/images/books/books_SR2bKx.jpg)
![Leyli və Məcnun [Not]](/yeni/images/books/books_fGrOCj.jpg)


![Mashadi Ibad (If Not That One, Let It Be This One) [Not]](/yeni/images/books/books_kaSANz.jpg)







![Арии, романсы и песни [Ноты]](/yeni/images/books/books_bHoTGw.jpg)





![Ария Кероглы из оперы "Кероглы" [Ноты]](/yeni/images/books/books_HYz6ma.jpg)



Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.