Kitabda böyük bəstəkar və fəal ictimai xadim Üzeyir bəy Hacıbəyli haqqında bədii-publisistik üslubda aparılan araşdırmalarla bu korifey sənətkarın parlaq ədəbi portreti yaradılmışdır. Müəllif bəstəkarın həyatı və yaradıcılığının bütün dövrləri əhatə etməyə müvəffəq olmuşdur. Əsərdə Üzeyir bəy Hacıbəylinin yetişdiyi mühit və özünü ifadə edən zəngin mühit geniş ölçüsündə tədqiq edilmiş, oxuculara sadə, səmimi dillə çatdırılmışdır.
Biblioqrafik təsvir
Qarabağlı, Aydın. Üzeyir bəy Hacıbəyli - şəxsiyyət və sənət ucalığı / A. Qarabağlı; elmi red. M. Təkləli; red. F. Çobanoğlu.- Bakı: Mütərcim, 2024.- 488 s.