Prezident Kitabxanasında 2016-cı ilin aprel ayında baş vermiş və tarixə Aprel döyüşləri kimi daxil olmuş hərbi əməliyyatlara həsr edilən “Aprel döyüşləri — Böyük Zəfərin başlanğıcı” adlı virtual sərgi təqdim olunub.
Aprel döyüşləri Qarabağ münaqişəsinin ən gərgin mərhələlərindən biri hesab olunur. Cəmi dörd gün davam edən əməliyyatlar Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəbhə xətti boyunca baş vermiş, regionda siyasi və hərbi vəziyyətə ciddi təsir göstərmişdir.
Döyüşlər zamanı Azərbaycan Ordusu bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələri ətrafındakı mühüm mövqeləri nəzarətə götürərək üstünlüyü təmin etmişdir. Nəticədə uzun illər davam edən mövqe qarşıdurmasında status-kvonun dəyişdirilə biləcəyi aydın şəkildə ortaya çıxmışdır. Həmin hadisələr sonrakı dövrdə əldə olunan hərbi-siyasi nəticələrin formalaşmasına təsir göstərən mühüm amillərdən biri kimi qiymətləndirilir. Bu baxımdan, Aprel döyüşləri yalnız lokal xarakter daşımamış, strateji dönüş mərhələsinə çevrilmişdir.
Virtual sərgidə bu mühüm tarixi mərhələ müxtəlif istiqamətlər üzrə təqdim edilir. Burada döyüşlərin xronologiyası, hərbi əməliyyatların xəritələri, iştirakçıların xatirələri, eləcə də qəhrəmanlıq nümunələri ardıcıl və strukturlaşdırılmış şəkildə təqdim edilir. Xüsusilə, döyüş iştirakçılarının igidliyi, şəhidlərin xatirəsi və onların Vətən uğrunda göstərdikləri fədakarlıq əsas diqqət mərkəzindədir.
Sərginin məqsədi Aprel döyüşlərinin mahiyyətini, səbəblərini və nəticələrini geniş auditoriyaya dolğun və obyektiv şəkildə çatdırmaq, eyni zamanda bu hadisələrin milli yaddaşda tutduğu yeri möhkəmləndirməkdir. Bu yanaşma tarixi faktların ardıcıl təqdiminə və müasir Azərbaycan tarixinin mühüm mərhələlərinin daha dərindən dərk olunmasınaimkan yaradır.
Virtual sərgi geniş oxucu auditoriyası üçün etibarlı məlumat mənbəyi olmaqla yanaşı, istifadəçilərə Aprel döyüşləri haqqında dolğun biliklər əldə etmək imkanı yaradır. Bununla yanaşı, bu təşəbbüs gənc nəslin tarixi şüurunun formalaşmasında, vətənpərvərlik ruhunun gücləndirilməsində və milli yaddaşın gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayır.
2016-cı ilin aprel ayında baş vermiş və tarixə Aprel döyüşləri kimi daxil olan hərbi toqquşmalar Qarabağ münaqişəsinin ən gərgin mərhələlərindən biri olmuşdur. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycan…