Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin Elektron kitablar yarımbölməsində “Azərbaycan ekologiyası” adlı yeni elektron kolleksiya istifadəyə verilib. Bu kolleksiya Azərbaycanın təbiəti, ətraf mühitin mühafizəsi və ölkənin ekoloji vəziyyəti ilə bağlı müxtəlif elektron nəşrləri bir araya gətirməklə oxucuların ekoloji mövzularda dolğun məlumatlandırılmasına xidmət edir.
Elektron kolleksiyanın əsas məqsədi cəmiyyətin ekoloji maarifləndirilməsinə dəstək vermək və ekoloji mədəniyyətin formalaşmasında kitabxana resurslarının rolunu gücləndirməkdir. İstifadəçilər bu bölmə vasitəsilə ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhlükəsizlik və davamlı inkişaf kimi mövzular üzrə sistemləşdirilmiş materiallara rahat çıxış əldə edirlər.
Kolleksiyada Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən, ölkədə biomüxtəlifliyin və nadir növlərin qorunması vəziyyətini araşdıran, həmçinin qlobal iqlim dəyişikliklərinin ölkəmizə təsirini işıqlandıran bir sıra kitabların, elmi əsərlərin və monoqrafiyaların elektron variantları toplanıb. Burada həm elmi-tədqiqat xarakterli nəşrlər, həm də praktik istifadəyə yönəlmiş analitik materiallar yer alır.
“Azərbaycan ekologiyası” elektron kolleksiyası tədqiqatçılar, tələbələr, müəllimlər, ekologiya sahəsində çalışan mütəxəssislər və bu mövzuya maraq göstərən bütün oxucular üçün faydalı informasiya mənbəyidir.
Prezident Kitabxanasında “Azərbaycan ekologiyası” adlı Elektron Kitablar kolleksiyası hazırlanmışdır. Məqsəd cəmiyyətin ekoloji maarifləndirilməsində və ekoloji mədəniyyətin formalaşdırılmasında əhəmiyyətli rol oynamaqdır. Elektron kolleksiyada ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil…