Prezident Kitabxanasında “Azərbaycan ekologiyası” adlı Elektron Kitablar kolleksiyası hazırlanmışdır. Məqsəd cəmiyyətin ekoloji maarifləndirilməsində və ekoloji mədəniyyətin formalaşdırılmasında əhəmiyyətli rol oynamaqdır.
Elektron kolleksiyada ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən, Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyətini araşdıran və qlobal iqlim dəyişiklikləri ilə bağlı bir sıra kitabların, elmi əsərlərin və monoqrafiyaların elektron variantı toplanılmışdır.