Xəbərlər

Prezident Kitabxanasının fondu İrəvan xanlığının kulinariya irsinə dair dəyərli nəşrlə zənginləşib

Prezident Kitabxanasının fondu İrəvan xanlığının kulinariya irsinə dair dəyərli nəşrlə zənginləşib

Prezident Kitabxanasının fondu İrəvan xanlığının kulinariya irsinə dair dəyərli nəşrlə zənginləşib

Prezident Kitabxanasının fonduna “The Cuisine of the Irevan Khanate” (“İrəvan xanlığının mətbəxi”) adlı kitab daxil edilib. Çoxillik elmi tədqiqatların nəticəsi olan bu kitab, həm tarixi-etnoqrafik, həm də milli-mədəni baxımdan əhəmiyyətli bir mövzuya – İrəvan xanlığının və ümumilikdə Qərbi Azərbaycan ərazisində yaşamış azərbaycanlıların qədim kulinariya ənənələrinin öyrənilməsinə həsr olunub.

Kitabda İrəvan azərbaycanlılarının məişət həyatına, təsərrüfat fəaliyyətinə və süfrə mədəniyyətinə dair zəngin faktlar yer alır. Burada İrəvan bölgəsinin köklü sakinləri olan azərbaycanlıların gündəlik yaşayış tərzi, adət-ənənələri, maddi mədəniyyət nümunələri – o cümlədən təsərrüfat avadanlıqları, əkin-biçin alətləri, geniş çeşiddə mətbəx ləvazimatları əhatəli şəkildə təqdim olunub.

Əsərdə yüzlərlə unikal yemək və içki adı, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və vasitələr ətraflı şəkildə təsvir edilib. Kitab ümumilikdə 413 yemək və içkinin reseptini, onların texnoloji ardıcıllığını və ənənəvi hazırlanma qaydalarını oxucuya təqdim edir.

Monoqrafiya tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanaraq, İrəvan bölgəsinin azərbaycanlı əhalisinin mədəni irsini elmi şəkildə sənədləşdirir. Eyni zamanda, erməni iddialarının əsassızlığını faktlara söykənərək sübuta yetirən bu tədqiqat əsəri, Azərbaycanın qədim tarixə malik bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbə hesab olunur.

Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi mənbələrdən istifadə ediblər. Bu yanaşma təkcə mətbəx mədəniyyətini deyil, həmin dövrün sosial-mədəni kontekstini də bərpa etməyə imkan verir.

Nəşr kulinariya reseptlərindən savayı, tarixi izahları, sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Əsərin ingilis dilində nəşri isə onun daha geniş beynəlxalq oxucu auditoriyasına təqdim olunmasına, Azərbaycanın maddi və mənəvi mədəniyyətinə dair etibarlı bilgilərin xarici tədqiqatçılar üçün əlçatan olmasına şərait yaradır.

Kitab haqqında
The cuisine of the İrevan Khanate

The cuisine of the İrevan Khanate

Amiraslanov, Tahir. The cuisine of the İrevan Khanate / T. Amiraslanov, O. Aliyev, A. Asgarova; trans. B. Hajiyev.- Baku, 2025.- 456 p.- İngilis dilində.