Xəbərlər

Prezident Kitabxanasında Ənvər Çingizoğlunun elmi və yaradıcılıq irsinə həsr olunmuş kolleksiya yaradılıb

Prezident Kitabxanasında Ənvər Çingizoğlunun elmi və yaradıcılıq irsinə həsr olunmuş kolleksiya yaradılıb

Prezident Kitabxanasında Ənvər Çingizoğlunun elmi və yaradıcılıq irsinə həsr olunmuş kolleksiya yaradılıb

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində tanınmış jurnalist, publisist, yazıçı və tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun elmi və yaradıcılıq irsinə həsr olunmuş xüsusi kolleksiya yaradılıb. Kolleksiya tədqiqatçının uzunillik elmi fəaliyyətinin əsas istiqamətlərini əhatə edir.

Ənvər Çingizoğlu Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünün tarixi, diplomatiya məsələləri və İran tarixi üzrə apardığı araşdırmalarla tanınır. Onun elmi yaradıcılığı türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası və folkloru, eləcə də tarixşünaslıq və mənbəşünaslığın əsas problemlərini əhatə edir.

Kolleksiyada yer alan materiallar Azərbaycanın tarixi bölgələrinin, xanlıqlarının, tayfa və soy birliklərinin, həmçinin ayrı-ayrı tarixi şəxsiyyətlərin fəaliyyəti barədə faktlara əsaslanan dolğun məlumat təqdim edir. Bu nəşrlər ölkənin ictimai-siyasi, mədəni və inzibati idarəçilik tarixinin öyrənilməsi, regional tarix və genealoji tədqiqatların aparılması üçün mühüm mənbə rolunu oynayır.

Prezident Kitabxanasında yaradılan bu kolleksiya Azərbaycan tarixinin müxtəlif mərhələlərini ilkin mənbələr və elmi araşdırmalar əsasında izləmək imkanı yaradır. Kolleksiya tarixçilər, tədqiqatçılar və tarixə maraq göstərən geniş oxucu auditoriyası üçün etibarlı elmi-informasiya mənbəyi kimi nəzərdə tutulur.

Kolleksiya: Ədəbi irs
Ənvər Çingizoğlu

Ənvər Çingizoğlu

Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, illər keçsə də unudulmur, hörmət və ehtiramla xatırlanırlar. Belə şəxsiyyətlərdən biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar Birliyi,…