Xəbərlər

Prezident Kitabxanası Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası tərəfindən "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" adlı virtual kitab sərgisi hazırlanaraq ictimaiyyətin istifadəsinə təqdim olunub.

Sərgidə dilçilik elminin əsas istiqamətləri – sintaksis, leksika, terminologiya, dialektologiya və onomastika sahələrində aparılmış tədqiqatlar yer alıb. Eyni zamanda, Azərbaycan dilinin akademik və iş mühitində tətbiqi, nitq mədəniyyəti, ritorika, multikultural kontekstdə dilin funksionallığı ilə bağlı nəşrlər də sərgidə nümayiş etdirilir.

Sərginin bir hissəsi Ümummilli lider Heydər Əliyevin Azərbaycan dili və dil siyasətinə dair baxışlarını əhatə edən elmi tədqiqat və toplulara həsr olunub.

Materiallar arasında pedaqoji və elmi auditoriyaya ünvanlanmış dərsliklər, metodik vəsaitlər, eləcə də monoqrafiyalar yer alır. Sərgidə əcnəbilər üçün nəzərdə tutulmuş dil tədrisi vəsaitləri ilə yanaşı, dil-mədəniyyət münasibətləri və qloballaşma şəraitində Azərbaycan dilinin funksional imkanlarını əks etdirən nəşrlər də təqdim edilib.

Həmçinin sərgidə Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasovanın müəllifi olduğu kitablar da yer almışdır.

Virtual sərgi həm tədqiqatçılar, həm də ana dili ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Toplanmış kitablar Azərbaycan dilinin elm, təhsil və mədəniyyət sahələrindəki rolunun daha dərindən öyrənilməsinə şərait yaradır.

Virtual sərgi
1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən…