Xəbərlər

Prezident Kitabxanası Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş virtual təqdimat və kitab sərgisini istifadəyə verib

Prezident Kitabxanası Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş virtual təqdimat və kitab sərgisini istifadəyə verib

Prezident Kitabxanası Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş virtual təqdimat və kitab sərgisini istifadəyə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, görkəmli yazıçı, kinodramaturq və ictimai xadim Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə bir sıra tədbirlər həyata keçirilir. Həmin sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası tərəfindən “Maqsud İbrahimbəyovun ədəbi irsinə virtual baxış” adlı virtual təqdimat hazırlanmışdır.

Təqdimatda yazıçının zəngin yaradıcılıq yolu və ədəbi irsi əhatəli şəkildə təqdim olunur. Həmçinin virtual təqdimata M. İbrahimbəyovun Prezident Kitabxanasının fondlarında qorunan və Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitablarının iki dildə annotasiyaları daxildir. Bundan başqa, təqdimata yazıçının əsərləri əsasında çəkilmiş filmlərdən seçilmiş kadrlar da nümayiş etdirilir. İstifadə rahatlığını təmin etmək məqsədilə təkdimatdaki bütün mətnlər səsləndirilmişdir.

Təqdim olunan nəşrlər, vizual və səsləndirilmiş materiallar Maqsud İbrahimbəyovun çoxşaxəli yaradıcılıq irsini geniş auditoriyaya çatdırmağa imkan verir.

Prezident Kitabxanası tərəfindən həmçinin “Maqsud İbrahimbəyov – 90” adlı virtual kitab sərgisi hazırlanaraq istifadəyə verilmişdır. Sərgidə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsi əks olunmuşdur. Yazıçının müxtəlif illərdə bir çox dillərdə nəşr olunmuş əsərləri, eləcə də onun ədəbi, publisistik və ictimai fəaliyyətini əhatə edən kitabar virtual sərgi formatında istifadəçilərə təqdim edilir.

Hazırlanmış virtual təqdimat və kitab sərgisinin əsas məqsədi Maqsud İbrahimbəyovun ədəbi irsini gələcək nəsillərə çatdırmaq, onun yaradıcılığını müasir texnoloji imkanlar vasitəsilə daha əlçatan etməkdir.

Virtual sərgi
Maqsud İbrahimbəyov - 90

Maqsud İbrahimbəyov - 90

Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən…