Maqsud İbrahimbəyov - 90

Virtual sərgi

Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir. Maqsud İbrahimbəyovun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif kinostudiyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. Prezident Kitabxanasında görkəmli yazıçı və parlaq şəxsiyyət olan Maqsud İbrahimbəyovun həyat və yaradıcılığını əks etdirən kitabların virtual sərgisi yaradılmışdır.