Xəbərlər

Prezident Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanası görkəmli Azərbaycan tarixçisi, akademik Nailə Vəlixanlının anadan olmasının 85 illiyi münasibətilə “Nailə Vəlixanlı – 85” adlı virtual sərgi hazırlayıb. Virtual sərgi alimin zəngin və çoxşaxəli elmi irsini, Azərbaycan tarix elminin inkişafında tutduğu mühüm mövqeyi, eləcə də onun tədqiqatlarının milli tarixşünaslığa verdiyi töhfələri əks etdirmək məqsədi daşıyır.

Sərgidə akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyəti, müəllifi və redaktoru olduğu fundamental elmi tədqiqatlar təqdim olunur. Bu nəşrlər vasitəsilə Azərbaycan tarixinin qədim dövrlərdən orta əsrlər və yeni dövrədək əsas inkişaf mərhələləri, dövlətçilik ənənələri, hərbi-siyasi proseslər, mədəniyyət və sivilizasiya məsələləri geniş elmi kontekstdə əks etdirilir. Bununla yanaşı, regional tarix və tarixşünaslıq problemləri də əhatəli şəkildə işıqlandırılır. Virtual sərgi alimin araşdırmalarının mövzu genişliyini və metodoloji əsaslılığını aydın şəkildə ortaya qoyur.

“Nailə Vəlixanlı – 85” virtual sərgisi Azərbaycan tarix elminə mühüm töhfələr vermiş görkəmli alimin formalaşdırdığı elmi yanaşmanı, mənbəşünaslığa və tarixi faktların obyektiv təhlilinə əsaslanan tədqiqat ənənəsini ön plana çıxarır. Sərgidə toplanmış nəşrlər akademik Nailə Vəlixanlının Azərbaycan tarixşünaslığında elmi məktəb yaratmış tədqiqatçı kimi mövqeyini, eyni zamanda onun elmi irsinin nəzəri və praktiki əhəmiyyətini əks etdirir.

Virtual sərgi tarixçilər, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün akademik Nailə Vəlixanlının elmi fəaliyyəti ilə tanış olmaq, Azərbaycan tarixinin mühüm problemləri üzrə etibarlı elmi mənbələrə müraciət etmək və elmi biliklərini zənginləşdirmək baxımından əhəmiyyətli informasiya resursudur.

Virtual sərgi
Nailə Vəlixanlı - 85

Nailə Vəlixanlı - 85

Nailə Məmmədəli qızı Vəlixanlı — görkəmli Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor, akademikdir. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Nailə Vəlixanlı uzun illər…