Xəbərlər

Prezident Kitabxanası 8 Noyabr – Zəfər Gününə həsr olunmuş virtual sərgi və kitab ekspozisiyası təqdim edib

Prezident Kitabxanası 8 Noyabr – Zəfər Gününə həsr olunmuş virtual sərgi və kitab ekspozisiyası təqdim edib

Prezident Kitabxanası 8 Noyabr – Zəfər Gününə həsr olunmuş virtual sərgi və kitab ekspozisiyası təqdim edib

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində qəhrəmanlıq və qürur səhifəsi kimi əbədi yer aldı. Müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, strateji əhəmiyyətə malik bir sıra yaşayış məntəqələrini, o cümlədən Qarabağın incisi sayılan Şuşanı işğaldan azad etdi. Bu möhtəşəm Qələbənin rəmzi olan 8 Noyabr tarixi xalqımız tərəfindən Zəfər Günü kimi böyük ehtiramla qeyd olunur.

Bu əlamətdar gün münasibətilə Prezident Kitabxanası tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi ictimaiyyətin istifadəsinə təqdim edilib. Virtual sərgidə 44 günlük Vətən müharibəsinin xronologiyası, Azərbaycan Ordusunun döyüş yolunu əks etdirən nəşrlər, qəhrəman əsgər və zabitlərimizin igidliyindən bəhs edən kitablar, eləcə də müharibə dövründə aparılmış hərbi, diplomatik və informasiya mübarizəsinə dair materiallar yer alır.

Bununla yanaşı, Prezident Kitabxanasının Oxu zalında “Zəfər Günü” adlı kitab sərgisi də təşkil olunub. Bu sərgi virtual ekspozisiyanın məntiqi davamı kimi oxuculara Vətən müharibəsinə, onun siyasi və tarixi əhəmiyyətinə, azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinə həsr edilmiş nəşrlərlə yerində tanış olmaq imkanı yaradır.

Prezident Kitabxanası bu sərgilər vasitəsilə Vətən müharibəsinin salnaməsini, xalqımızın qəhrəmanlıq irsini və müzəffər Ordumuzun tarixi Qələbəsini geniş auditoriyaya çatdırmaqla milli yaddaşın qorunmasına, vətənpərvərlik ruhunun və dövlətçilik ideallarının möhkəmlənməsinə töhfə verməyi məqsəd qoyur.

Virtual sərgi
8 Noyabr – Zəfər Günü

8 Noyabr – Zəfər Günü

44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan…