8 Noyabr – Zəfər Günü

Virtual sərgi

8 Noyabr – Zəfər Günü

44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, həmçinin Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndlərini daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Virtual sərgidə 44 günlük Vətən müharibəsinin xronologiyası, Ordumuzun şanlı döyüş yolu, qəhrəman əsgər və zabitlərimizin igidliyindən bəhs edən kitablar təqdim olunur.