Xəbərlər

Prezident Kitabxanasında Novruz bayramına həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Novruz bayramına həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Novruz bayramına həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biri olan Novruz bayramına həsr edilmiş “Novruz bayramı” adlı virtual sərgi istifadəyə verilib.

Sərgi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin mühüm tərkib hissəsi olan Novruz bayramına həsr olunub. Baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu yaşadan mühüm bayram kimi formalaşmışdır.

Sərgidə Novruzun tarixi köklərini, yaranma və inkişaf mərhələlərini, xalqın dünyagörüşündə və mədəni həyatında tutduğu yeri əks etdirən nəşrlər təqdim olunur. Eyni zamanda, dörd çərşənbənin – Su, Od, Yel və Torpaq çərşənbələrinin mənası və rəmzi məzmunu, eləcə də bayramla bağlı formalaşmış zəngin xalq adət-ənənələri və mərasimləri haqqında məlumat verən kitablar sərgidə yer alır.

Virtual sərgidə təqdim olunan nəşrlər Novruz bayramının tarixi və mədəni mahiyyətinin, xalqımızın qədim inanclarının və ənənələrinin daha dərindən öyrənilməsinə imkan yaradır. Sərgi geniş oxucu auditoriyası üçün Novruzun milli-mənəvi dəyərlərini, onun xalqımızın mədəni yaddaşında tutduğu yeri və əsrlər boyu qorunub saxlanılan adət-ənənələri daha yaxından tanımaq baxımından faydalı informasiya mənbəyi kimi əhəmiyyət kəsb edir.

Virtual sərgi
Novruz bayramı

Novruz bayramı

Virtual sərgi Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biri olan Novruz bayramına həsr edilmişdir. Baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz əsrlər boyu xalqımızın milli-mənəvi…