Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən hər il 26 avqust ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
Bu əlamətdar gün 2022-ci il avqustun 26-da Laçın şəhərinin Azərbaycanın tam nəzarətinə qaytarılmasını və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan tarixi nailiyyəti əks etdirir.
Bu münasibətlə Prezident Kitabxanasında “26 avqust – Laçın Şəhəri Günü”nə həsr olunmuş virtual sərgi hazırlanıb.
Virtual sərgidə Laçın şəhərinin zəngin tarixi, milli-mədəni irsi, folkloru və təbii gözəllikləri, eləcə də şəhərin işğal dövründəki vəziyyəti və azad olunması ilə bağlı nəşrlər təqdim edilir. Sərgidə, həmçinin Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini, müasir infrastruktur layihələrini və Böyük Qayıdış prosesini əks etdirən materiallara yer verilib.
Sərgi Laçının keçdiyi tarixi inkişaf yolunu, milli-mənəvi dəyərlərini, Azərbaycanın dövlətçilik tarixində və ərazi bütövlüyünün bərpasında tutduğu mühüm yeri geniş oxucu auditoriyasına çatdırmaq məqsədi daşıyır.
Virtual sərgidə təqdim olunan nəşrlər vasitəsilə oxucular Laçının tarixi və mədəni irsi, işğal və azadlıq salnaməsi, şəhərin bu günü, aparılan quruculuq işləri və gələcək inkişaf perspektivləri ilə tanış ola bilərlər.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən hər il 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2022-ci il avqustun 26-da Laçın şəhərinin Azərbaycanın tam nəzarətinə qaytarılması…