Əlimərdan bəy Topçubaşov

Virtual sərgi

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, AXC hökumətinin qurucularından biri olan Əlimərdan bəy Topçubaşov xalqımızın milli-azadlıq mübarizəsi tarixində əvəzsiz rol oynamış şəxsiyyətlərdən biridir. Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin sədri (1918, 7 dekabr - 1920, 28 aprel) seçilmiş, Parisə yollanan sülh missiyasının rəhbəri kimi Versalda bu dövlətin beynəlxalq cəhətdən tanınmasına nail olmuşdu. Müstəqil Azərbaycan dövləti bolşevik işğalı nəticəsində devrildikdən sonra o, ömrünün axırına qədər istiqlaliyyətin bərpası uğrunda aparılan ağır mübarizənin önündə olmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini əbədi və dönməz olaraq əldə etdikdən sonra xalqımızın yetirdiyi böyük şəxsiyyətlərə diqqət göstərilməsi, onların xatirəsinin əziz tutulması yüksək səviyyəli, önəmli bir addıma çevrilmişdir.