









































20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində dönüş nöqtəsi olmuşdur. Həmin gecə sovet ordusunun Bakıda və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi silahlı müdaxilə nəticəsində çoxsaylı insan həlak olmuş, yüzlərlə vətəndaş yaralanmışdır. Bu faciə totalitar rejimin mahiyyətini ifşa etməklə yanaşı, xalqımızın milli iradəsini və azadlıq əzmini daha da gücləndirmişdir. Bu virtual sərgi 20 Yanvar faciəsinin tarixi səbəblərini, gedişini və nəticələrini özündə əks etdirən kitabları təqdim edir. Sərginin məqsədi şəhidlərin xatirəsini ehtiramla yad etmək, milli tarixi yaddaşı qorumaq və gənc nəsildə vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.