Hanne Nüte un de lütte Pudel

Nadir kitablar

Hanne Nüte un de lütte Pudel

[ Fritz Reuter :: 1880 ]
Hanne Nüte un de lütte Pudel
XIX əsr alman yazıçısı və şairi Fris Reyterin “Hanne Nüte və kiçik pudel” (“Hanne Nüte un de lütte Pudel”) nəşri 1880-ci ildə Vismar şəhərində, alman dilində işıq üzü görmüşdür. Əsər kənd həyatından bəhs edən poetik povestdir və burada müəllif Şimali Almaniya sakinlərinin məişətini, adət-ənənələrini, insani münasibətlərini və gündəlik həyatını təsvir edir. Kitabda Fris Reyterin yaradıcılığı üçün xarakterik olan yumor, lirik epizodlar və xalq həyatının realist lövhələri birləşir. Sözügedən nəşr, XIX əsr aşağı alman dialektində yazılmış ədəbiyyatın və Fris Reyterin ədəbi irsinin parlaq bir nümunəsi kimi böyük maraq doğurur.