XVIII əsrə aid nadir və dəyərli tarixi nəşr — Osmanlı İmperiyasında İngiltərə səfirliyində katib vəzifəsində çalışmış ingilis diplomat və səyyah Rikotanın əsərinin polyak dilindən rus dilinə tərcüməsidir. Kitab 1741-ci ildə Sankt-Peterburqda rus dilində çap olunmuş və XVIII əsrin birinci yarısında Osmanlı İmperiyasının dövlət quruluşunu, siyasi sistemini, saray etiketlərini və gündəlik həyatını ətraflı təsvir edir. Müəllifin şəxsi müşahidələrinə əsaslanan bu mətn həm diplomatik məruzə, həm də etnoqrafik oçerk xüsusiyyətlərini özündə birləşdirir və bu da nəşrə dövrünün canlı şahidi kimi xüsusi dəyər qazandırır. Kitab, Şərq haqqında Qərbi Avropa mənbələrinin rus dilinə erkən tərcümə nümunələrindən biri kimi yüksək biblioqrafik əhəmiyyətə malikdir. Bu nüsxə fiziki aşınmaya məruz qaldığı üçün kitab abidəsi kimi bərpa olunmuşdur.