История евреев от древнейших времён до настоящего

Nadir kitablar fondu

История евреев от древнейших времён до настоящего

[ Генрих Грец :: 1908 ]
История евреев от древнейших времён до настоящего
“История евреев от древнейших времён до настоящего” (Ən qədim zamanlardan bu günədək yəhudilərin tarixi) — XIX əsrin tanınmış yəhudi tarixçilərindən biri, Breslavl Universitetinin professoru, alman tarixçisi Henrix Qretsin (Heinrich Graetz) fundamental əsəridir. Kitab yəhudilərin İspaniya və Portuqaliyadan qovulması, maranların Hollandiyaya köçü ilə bağlı dramatik dövrü əhatə edir. Əsərdə yalnız tarixi hadisələr deyil, həm də yəhudi xalqının taleyinə təsir göstərmiş mədəni, dini və ictimai proseslər izlənilir. Nəşr 1908-ci ildə Odessada rus dilində çap olunmuşdur. Kitabın tərtibatı, modern üslubda dekorativ elementlərlə bəzədilmiş zərif üz qabığı XIX əsrin sonu və XX əsrin əvvəllərinə xas estetik xüsusiyyətləri əks etdirir. Bu gün kitab yəhudi tarixini öyrənmək üçün mühüm mənbə olmaqla yanaşı, eyni zamanda inqilabdan əvvəlki kitab nəşrinin də nadir nümunəsi kimi müstəsna tarixi və biblioqrafik dəyərə malikdir.