Путешествие Государя Императора Николая II на Восток: 1890-1891 [Эспер Эсперович Ухтомский]
Rusiya taxtının varisi, gələcək İmperator II Nikolayın - Nikolay Aleksandroviçin dünya səyahətinə həsr olunmuş unikal üç cildlik nəşr. 1890-cı il oktyabrın 23-dən 1891-ci il avqustun 4-dək Yunanıstan, Misir, Hindistan, Çin, Yaponiya və Sibirdə olmuş, Şərq mədəniyyətləri ilə tanış olmuş və mühüm diplomatik missiya yerinə yetirmişdir. Bu səyahət, onun təhsilinin son mərhələsi olmuş və onu müşayiət edən E.E. Uxtomskinin ətraflı qeydləri sayəsində tarixə düşmüşdür. Zəngin illüstrasiyalarla bəzədilmiş və nəşr edildiyi andan etibarən bir neçə Avropa dilinə tərcümə edilmiş bu nəşr təkcə XIX əsrin ekzotik ölkələrinin ab-havasını deyil, həm də Rusiya İmperiyasının Şərqə baxışını əks etdirir. Bu gün nəşr qiymətli kitab abidəsi kimi tanınır və Azərbaycanın kitab abidələri dövlət reyestrinə daxil edilib ki, bu da onun mədəni və tarixi dəyərini təsdiq edir.