Prezident Kitabxanası direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın "Xalq qəzeti"nin 6 iyul 2025-ci il tarixli sayında "Ermənilərin Göy məscid saxtakarlığı" başlıqlı məqaləsi dərc edilib.
Müəllif yazır ki, bu gün tarixi Azərbaycan şəhəri İrəvanı qədim erməni şəhəri kimi təqdim edən ermənilər, bu şəhərdə Göy məsciddən savayı və yaşı 250 ildən artıq hər hansı tarixi-memarlıq abidəsi göstərə bilmirlər, çünki zaman-zaman hamısını yer üzündən siliblər.
Məqalədə Göy məscidin İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən 1770-1776-cı illərdə inşa edildiyi və İrəvan şəhərinə gələn bütün səyyahların, tarixçilərin bu məscid haqqında ətraflı məlumat verdikləri qeyd edilir.
Qərbi Azərbaycanın tarixini saxtalaşdıran ermənilərin bu gün Göy məscidi "fars məscidi" və yaxud "İranın maddi irsi" kimi təqdim etməyə çalışırlar. Məqalədə sənədlər və faktlar əsasında erməni saxtakarlığı ifşa edilir.
https://xalqqazeti.az/az/siyaset/234976-ermenilerin-goy-mescid-saxtakarligi