Xəbərlər

Prezident Kitabxanasının əməkdaşı Naxçıvan şəhərində Ümumrespublika elmi konfransında iştirak etmişdir

Prezident Kitabxanasının direktorunun Qafqazşünaslıq məsələləri üzrə müşaviri, AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa 13-14 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “QƏRBİ AZƏRBAYCAN: TARİXİ, MƏDƏNİYYƏTİ və BÖYÜK QAYIDIŞ” adlanan respublika elmi konfransında iştirak etmişdir. Nazim Mustafa konfransın “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar” bölməsində “Qərbi Azərbaycan toponimlərinə qarşı erməni cinayətləri” mövzusunda məruzə etmişdir.

Nazim Mustafa 2025-ci ildə işıq üzü görən və müəllifi olduğu “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” kitabını AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasına hədiyyə etmişdir.