Xəbərlər

Prezident Kitabxanasında Beynəlxalq Muzeylər Gününə həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Beynəlxalq Muzeylər Gününə həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Beynəlxalq Muzeylər Gününə həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Hər il qeyd olunan Beynəlxalq Muzeylər Günü tarixi və mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında muzeylərin roluna diqqət yönəldən əlamətdar günlərdən biridir. Bu münasibətlə hazırlanan virtual sərgidə Azərbaycanın zəngin tarixi-mədəni irsini, milli-mənəvi dəyərlərini və tarixi yaddaşını əks etdirən materiallar bir araya gətirilib.

Sərgidə muzey işi, Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı nəşrlər, həmçinin görkəmli şəxsiyyətlər haqqında nəşrlər nümayiş olunur. Təqdim edilən materiallar istifadəçilərə ölkənin tarixi və mədəni irsi barədə daha geniş məlumat əldə etmək, muzeylərin cəmiyyətin mədəni həyatındakı rolu ilə yaxından tanış olmaq imkanı yaradır.

Virtual sərgi muzeylərə ictimai marağın artırılması, milli irsin təbliğinin genişləndirilməsi və mədəni dəyərlərin qorunmasının vacibliyinin diqqətə çatdırılması məqsədilə hazırlanıb. Eyni zamanda, sərgi Azərbaycanın tarixi və mədəni irsinin rəqəmsal mühitdə sistemli şəkildə təqdim olunmasına və oxucular üçün daha əlçatan informasiya məkanının formalaşdırılmasına xidmət edir.

Muzeylər tarixi yaddaşın qorunması, milli-mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Prezident Kitabxanası tərəfindən hazırlanmış virtual sərgi də bu istiqamətdə həyata keçirilən maarifləndirici layihələrdən biri kimi milli-mədəni irsin təbliği və muzey fəaliyyətinin təşviqinə töhfə verir.

Virtual sərgi
Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Günü

Hər il 18 may tarixində qeyd olunan Beynəlxalq Muzeylər Günü bəşəriyyətin tarixi, mədəniyyəti və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında muzeylərin mühüm rolunu diqqətə çatdırır. Bu əlamətdar gün münasibətilə təqdim…